Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "İnter futbol klubu Serbiyanın paytaxtı Belqraddadır.

Unikal.org xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsinin iyunun 29-da "Mladost komandası ilə səfərdə keçirəcəyi ilk matçında iştirak etmək üçün bu ölkəyə yollanıb.

Bakı komandası baş məşqçi Zaur Svanadzenin rəhbərliyi ilə bu gün və iyunun 28-də bir məşq keçirməyi planlaşdırır.

İki klub arasında Serbiyada keçiriləcək Avroliqa oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandr Matyunin olacaq. Ona yan xətt hakimləri Anton Kobzev və Aleksey Lunev kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.

İyunun 29-da "Luçani stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, "Mladost komandası ilə "İnter arasındakı cavab oyunu bir həftə sonra - iyulun 6-da Bakıda "Dalğa Arenada saat 21:00-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır