Rusiyanın "Qolos mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş müğənni Aygün Tağıyevanın aldığı sosiskanın içindən milçək çıxıb.

Unikal.org-un məlumatına görə, bu haqda müğənni sosial şəbəkədə məlumat verib. İfaçı sosiskaları pişiklər üçün aldığını bildirib. Müğənni bu sosiskaların pişikləri də öldürə biləcəyini yazıb.

Hansı şirkətin məhsulu olduğunu açıqlamaq istəməyən müğənni narazılığını qeyd edib.