"İki yaşımda atamı itirmişəm, sonra anamı, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub.
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov "Gəlin danışaq verilişinə qonaq olarkən deyib.
Əlikram Bayramov səhərlərdən qorxduğunu qeyd edib:
"Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım mənim səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər. Səhərlər qorxa-qorxa oyanmışam. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədbin oyanma. Bir yerin ağrıyanda da çalış onu büruzə vermə.