Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik mesajı göndərib.
Unikal.org xəbər verir ki, məktubda Azərbaycan və Türkmənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu deyilir.
"Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram", - məktubda deyilir.
İ.Əliyev Q.Berdıməhəmmədova möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq diləyib.