Göygöl Rayol Polis Şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Bahadur Şükürov yeni vəzifəyə təyinat alıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, B.Şükürov Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyev isə vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.