Prezident İlham Əliyev A.A.Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org  xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Arif Akif oğlu Seyidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısıdır.