Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri - RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.
Unikal.org-un xəbərinə görə, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri - RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.
Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.