Rusiya prezidenti Vladimir Putin Almaniyada amerikalı həmkarı Donald Trampla görüşəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü iyulun 7-də Almaniyanın Hamburq şəhərində keçiriləcək "Böyük İyirmilik ölkələrinin sammiti çərçivəsində baş tutacaq.

"İki prezidentin eyni yerdə, eyni şəhərdə, eyni binada olacağını nəzərə alsaq, onların görüşməməyi yalnış olar.

Lavrov hesab edir ki, prezidentlərin görüşündə yalnız Suriya və Ukrayna problemi müzakirə olunmayacaq, iki ölkə arasındakı münasibətlərə dair fikir mübadiləsi aparılacaq.