Samux rayonuda 14 yaşlı qızı özündən xeyli böyük oğlana nişanlayıblar.
Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, rayonun Qarabağlar kəndinin Əflatun adlı sakininin 14 yaşlı qızı Nərminə (ad şərtidir-red.) ailənin təzyiqi ilə Rusiyada yaşayan iş adamına ərə verilir. Bildirilir ki, 38 yaşlı Əflatun heç yerdə işləmir və ailəsinin maddi durumu ağırdır.
Məlumatı verən mənbə iddia edir ki, qızın atası övladını Rusiyada yaşayan iş adamına verməklə özünə "gün ağlamaq" niyyətindədir.