Ağstafada qadınlar arasında dava olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə bu gün Ağstafa şəhərində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.