Bu gün Sumqayıt şəhərində güclü yanğın hadisəsi qeyd olunub.

Unikal.org-un məlumatına görə, hadisə səhər saatlarında baş verib. Belə ki, vətəndaş Mübariz Ramazanova məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 kvadratmetr olan kafenin və mağazanın yanar konstruksiyaları 350 kvadratmetr sahədə yanıb.

 
Digər bitişik tikililər yanğından mühafizə olunub.