Azərbaycan Prezidenti İlham Əliyev Burundi Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu ünvanlayıb.
Unikal.org-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram".