Litvanın Kaunas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, yeniyetmə cüdoçularımız qitə birinciliyində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Azərbaycan cüdoçusu final görüşündə ukraynalı Anastasiya Balabanı məğlub edib. Cüdoçumuza Avropa birinciliyinin qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib.
Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.
Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.