Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iyulun 1-dək fonda 83.397.952,17 AZN, 212.873,88 ABŞ dolları, 7 436 avro və 5000 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.