Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçilərimiz, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Bəkir İsmayılovun cənazələri Azərbaycan tərəfinə verilib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə virtulaz.org saytına şəhid Təbriz Musazadənin qohumları məlumat veriblər.
Şəhidlər sabah-aprelin 11-də dəfn ediləcəklər.