Yeni çıxan bir ifaçı haqda dedilər ki, özündən o qədər razıdır... Ən böyük fəlakət də odur ki, bu insan heç kimdir. Heç nə etməyən insanlar özlərindən razıdırlar. Onları heç qohumları da sevmir.
Unikal.org axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Faiq Ağayev "Lider maqazin"ə açıqlamasında deyib.
Müğənni şou-biznes nümayəndələrnin bəzilərini qınayıb. İfaçı "Şou-biznesin begemotusunuz, yoxsa kəpənəyi" sualına belə cavab verib:
"Şou-biznesin kəpənəyiyəm. Küçədə sizə it hürəndə qayıdıb ona hürmürsünüz. Mən də eləcə... Adam-adamla danışar. Şou-biznesdə gözəl adamlar var. Amma adam olmayanlar da az deyil. Begemot da yaxşıdır. Amma suda ona çatan ola bilməz. Quruda isə az hərəkətlidir".