Yaponiyada 5,3 bal gücündə zəlzələ olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji Agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar ölkənin şimalındakı Hokkaydo adasında, yerli vaxtla saat 23:45-də qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.