Gəncə şəhərində 7 yaşlı piyadanı maşın vurub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib.
Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu maşın vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil. Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.