Bakıdakı sağlamlıq mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Sarayevo küçəsi 117 ünvanında yerləşən sağlamlıq mərkəzinin qeydiyyatçısı Namazova Günay Soltan qızının çantası naməlum şəxs tərəfindən oğurlanıb. Qeydiyyatçı qızın fikrini yayındıran oğru onun içində 1700 manat pul olan çantasını götürərək aradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.