2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org xəbər verir ki,yaxınları lent.az-a bildiriblər ki, Hüseyn Rəhimov hadisə vaxtı yanındakı qızı xilas etməyə çalışıb və bu səbəbdən də boğulub. Belə ki, gənc oğlan yeni tanış olduğu qızla dənizdə olarkən onun boğulduğunu görüb və kömək etməyə çalışıb. Bu zaman yaxınlıqdakı şəxslərdən biri Hüseyndən yapışaraq xilas edib. Lakin gənc oğlan qızın boğulduğunu görüb, növbəti dəfə ona tərəfə gedib və bu zaman onların ikisi də boğulub.
Məlum olub ki, Hüseynlə birgə dənizdə boğulan Səbinə Abıyeva çimərliyə xalası qızı ilə gəlibmiş. Lakin həmin qız xalası qızı ilə Hüseynin suda yoxa çıxdığını görüb şoka düşüb və ərazidən uzaqlaşıb. Hadisədən bir neçə saat sonra H.Rəhimovun meyiti sudan çıxarılsa da, gənc qızı tapmaq hələlik mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, Hüseynin dayısı da 15 yaşında dənizdə boğularaq vəfat edibmiş. Onun anası ilə atası uzun illər əvvəl ayrılıb və qadın Hüseynlə digər oğlunu tək böyüdüb. Gəmiçilik kollecini bitirəndən sonra işləməyən Hüseynin qardaşı hazırda hərbi xidmətdədir və onların anası hazırda kimsəsiz qalıb.