Pakistanın Pencab əyalətində sərnişin avtobusu yanıb.

Unikal.org-un "Geo TV"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 5-nin vəziyyəti ağır olmaqla 24 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Multan şəhərində baş verib. Yanğın avtobusda olan qaz balonunun partlaması nəticəsində başlayıb.