"İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata, kiməsə qoşula gedə..."
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli sosial mediada yazıb.
Onun sözlərinə görə, uşaqlar nənələri tərəfindən yol kənarına atılıb: "İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi "kişinin" şəklinidə uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi.
Bu gün 01.07.2017 ci il tarixdə 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb.Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi,Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmi aktla bizə verildi.Uşaqlar bu gündən qida,tibbi müayinə,yaşayış yeri və geyimlə təmin ediləcək.Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək".