Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət ünvanlayıb.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:
"Hörmətli vətəndaşlar!
Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!
Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!"