Tovuzda 1 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.
Belə ki, 2016-cı il təvəllüdlü Vəliyeva Ayan Ramin qızının üzərinə qaynar su tökülüb. Körpə yanıq xəsarəti alıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.