Kolumbiyada üç kişinin evlənməsinə qanuni şəkildə icazə verilib.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, bu evlilik dünyada bir ilk sayılır.
Alexandro Rodriqez, Manuel Bermudez və Viktor Hüqo Prada Medellin şəhərində evlənib.
23 yaşı Prada açıqlamasında deyib ki, bu özəl günlərini hər kəslə paylaşmaq istəyiblər və gizlətmək üçün heç bir səbəb görməyiblər.
Ancaq evlilik iki nəfər arasında olduğu üçün bu, sadəcə "mədəni birgə yaşayış kimi qələmə verilib.
Qeyd edək ki, bundan əvvəl Bermudez və Rodriqez sevgili olub. Daha sonra isə Aleks Esneider Zabala adlı həmcinsləri də onlarla birgə yaşamağa başlayıb. Ən sonda isə 23 yaşla Prada onlara qatılıb və dördlü münasibət qurmağa başlayıblar. Ancaq Aleks mədə xərçəngindən dünyasını dəyişib və ondan sonra üçlü nikah etmək qərarına gəliblər.
Toy etmək fikrində olan üçlünün kəbnini rahibə kəsəcək.
Qeyd edək ki, Kolumbiyada həmcinslərin evliliyi 2016-cı ildən qanunla mümkündür. (lent.az)