Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.