Bakıda 5 gün əvvəl avtomobillə vurulmuş piyada ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Qala-Pirallahı şosesində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Kərimov idarə etdiyi "VAZ-21043" markalı avtomobillə 1988-ci il təvəllüdlü Yuriy Filatovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib və 5 gün sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.