Salyan rayonunun Qarabağlı kəndində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un virtualaz.org-a istinadən məlumatına görə, kəndin 49 yaşlı sakini Könül Rəhmanova qızının həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qaynana K.Rəhmanova bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Tibbi yardım göstərildikdən sonra onun ambulator müalicəyə göndəriləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.