Bakının Nizami rayonu ərazisində döyülmə hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi, 1971-ci il təvəllüdlü Həsənov Nadir Zair oğlu sürücü ilə mübahisə edib, nəticədə döyülərək xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.