Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimikecirilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşıblar. mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.