Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"un Cənub bürosuna istinadən xəbər verir ki, "Volvo" markalı yük maşını Astara-Şahağacı yolunda aşıb.
Sürücünün ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb.

Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünü çıxarmağa çalışırlar.

Sürücünün kimliyi hələlik məlum deyil.