Ağsuda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Gürcüvan kəndində vətəndaşa məxsus "URAL markalı yük avtomobilinin yanar hissələri, avtomobilin banına yığılmış 3 ton ot bağlamasının 2 tonu, yaxınlıqda olan digər vətəndaşa məxsus ümumi sahəsi 39 m2 olan tövlənin yanar konstruksiyaları, və ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb.