Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində "Dongpeng markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Qeyd edək ki, Reyhani Seyidməhəmməd İran vətəndaşıdır.