Qusarın Xürel kəndində keçirilən toy mərasimində qətl baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
Bu zaman Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İlqar Ulubəyov ətrafdakıların köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda çoxlu qanitirmədən ölüb.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Qusar şöbəsinə gətirilib və tibbi müayinə edilərək ailəsinə təhvil verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, mübahisə zamanı tərəflər sərxoş vəziyyətdə olublar. Ramik Aydabəyov saxlanılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb.