Şirvanda qadın üzərinə benzin tökərək özünü yandırıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə gecə saat 02.30 radələrində Şirvan şəhəri, R.Rza küçəsi, 88-də yerləşən ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələkbərova Simuzər Yadulla qızı həyat yoldaşı ilə münaqişə zəminində üzərinə benzin tökərək özünü yandırıb.
S.Ələkbərova bədəninin çox hissəsinin termik yanığı və yanıq şoku diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacağı bildirilir.
Məlumata görə, qonşuluqda yaşayan qadın S.Ələkbərovanın həyat yoldaşına deyib ki, Simuzər mobil telefon vasitəsi ilə ona öz şəkilini göndərib. Bu səbəbdən yaranan münaqişə S.Ələkbərovanın intihara cəhd etməsinə gətirib çıxarıb. Özünü yandıran qadının isə telefonunun olmadığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.