Bakıda bina yanır. 

Unikal.org xəbər verir ki, hadisə Yeni Yasamalda M.Xiyabani küçəsində "Şərur MTK"nın tikdiyi binada qeydə alınıb. Hazırda FHN-nin yanğın söndürən maşınları binanın həyətinə daxil ola bilmirlər.  Hadisə şahidlərinin dediyinə görə, bina tam olaraq təhvil verilməyib. Buna baxmayaraq insanlar burada yaşayır. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə artıq, FHN tərəfindən söndürülüb. 

***
12:33
Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb.
Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.