Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində, mənzildə xəstənin çəkisinin ağır olması səbəbindən xəstəxanaya aparılmasında çətinliyin yaranması barədə məlumat daxil olunub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı birinci mərtəbəyə endirib və aidiyyəti üzrə təhvil veriblər.