ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında "Böyük İyirmilik sammiti çərçivəsində görüşü sabah günün ikinci yarısında Hamburqda baş tutacaq.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, görüşün Bakı vaxtı ilə 17.45-də başlayacağı nəzərdə tutulub.

Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.