Çinin Sintszyan-Uyğur muxtar rayonunda yeni aeroport tikiləcək.

Unikal.org-un məlumatına görə, Təklə-Məkan səhrasında fəaliyyət göstərəcək hava limanının dəyəri 104 milyon dollardan çoxdur.

Qeyd olunur ki, yeni hava limanı səhranın cənubunda yerləşən rayonları Çinin digər əyalətləri ilə əlaqələndirəcək.

Hava limanı Sintszyan-Uyğur muxtar rayonunun Yuytyan mahalında tikiləcək.

Bu, Çin hökumətinin Sintszyan-Uyğurda 2020-ci ilədək tikməyi planlaşdırdığı 10 hava limanından biridir.