Türkiyəli müğənni-aktyor Mahsun Kırmızıgül Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 18 aylıq Zəhra ilə bağlı paylaşım edib.
Unikal.org xəbər verir ki, sənətçi körpənin qanlar işində olan şəklini yayımlayaraq hadisəni törədənləri lənətləyib:
"Zəhra körpə nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Bu aləmdə uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı törədilən bu kimi alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun".