Bakıda mənzildən oğurluq olub.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.
Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Rəşad Göyüşov "Muğanbankda çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.