Hollandiyanın məşhur pordakşını Türkiyə nümayəndəliyini ləğv edib.
Unikal.org xəbər verir ki, bu barədə media şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Endemol Shine Group B.V, "Endemol Shine Opco Holding BV və "Endemol Medya Türkiyədə iflasa oub. Yayılan məlumatda şirkəyin maddi zərər gördüyü və ziyana düşdüyü qeyd edilib.
Bu məqamda bildirək ki, bir müddət əvvəl "Dayan yüreğim serialının əməkdaşları serialı ərsəyə gətirən "Endemol şirkətlər qrupunun Türkiyə ofisi qarşısında etiraz aksiya keçirmişdi. Onlar əmək haqlarının verilmədiyini bildirmişdilər. Həmin etirazda Erkan Petekkaya, Ege Aydan, Ece Uslu kimi məşhur simalar var idi.
Xatırladaq ki, 2008-ci ildə yaranan və 19 milyon 850 min TL büdcəsi olan prodakşın "Canlı Para, "Benzemez Kimse Sana, "Var Mısın Yok Musun, "Eyvah Düşüyorum, "Big Brother Türkiye verilişlərini, "Paramparça və "Kördüğüm kimi ən reytinqli serialları əsrəyə gətirib.