Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan "Gares&Connexions ekspertləri "Immersive Robotics şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibilqabı yaradıblar.

Unikal.org ictnews-a istinadən xəbər verir ki, "B.A.R.Y.L. adlanan qurğu vağzal ərazisində sərbəst istiqamətdə hərəkət edərək hamıya zibili qutuya atmağı tövsiyə edəcək.

Süni intellektlə təchiz edilən robot insanları skan edərək zibil atmaq istəyənləri seçir. "B.A.R.Y.L. sistemində, həmçinin elektron zibilqabının dolmasını izləyən ötürücülər quraşdırılıb.

Tullantıların sayı çoxalan zaman robot zibilqabı bazaya qayıdaraq orada boşaldılır və yenidən perrona dönür. Zibilqabının polad korpusu hərəkət üçün iki təkərlə və sərnişinlərin qaranlıq vaxtı zibil atarkən qutunu dəqiq görmələri üçün göy rəngli diod işıqlarla təchiz edilib.