Ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "İnter - "Mladost (Serbiya) matçından öncə xoşagəlməz anlar yaşanıb.
Unikal.org yeniçağ-a istinadən xəbər verir ki, qarşılaşmanı canlı yayımlayan "CBC Sport telekanalının müxbiri Səmra Əliyeva matç öncəsində bakılıların məşqçisi Zaur İsmayılovdan açıqlama alan zaman, futbolçu Mirhüseyn Seyidovun vurduğu top xanım müxbirin üzünə dəyib. Buna baxmayaraq , S. Əliyeva peşəkarlıq nümayiş etdirərək özünü itirməyib, canlı yayımı davam etdirib.
Mirhüseyn Seyidov müxbirin onu bağışladığını dedi:
"Həmin vaxt komanda məşq edirdi. Biz də iki-üç nəfərlə bir-birimizə uzaq ötürmələr edirdik. Yer də sürüşkən idi. Ötürmə vaxtı da top təsadüfən Səmra xanımın üzünə dəyib. Dünən videonu görəndə çox pis oldum. Xanımın özü ilə danışıb, üzrxahlıq etmişəm. Bu gün də bir kiçik hədiyyə göndərib, təkrar üzr istəmişəm. O da dedi ki, bu, mənim işimdir. Qarşılıqlı anlayışla bir-birimizi başa düşdük.