Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.
Unikal.org-un məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.