Bu gün gecə saatlarında küləkli hava şəraitindədənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən nəzarətsiz çimərliklərdən birində baş verib.
Təqribən 35 yaşında olan Emin adlı şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.