Yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Vergilər Nazirliyindən unikal.org-a verilən xəbərə görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 3 mlrd. 352 mln. 375,58 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub.