Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.