Astarada yük maşını dağdan aşıb, sürücü ağır xəsarət alıb.

Unikal.org-un APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, Miki kəndində Astaranın Pensər kənd sakini Sadiq Nəcəfovun idarə etdiyi mişar daşı ilə yüklənmiş "KamAZ dağdan aşıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu deyilir.