Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama matçını keçirib.
Unnikal.org apasport.az-a istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri hazırlıq çərçivəsində Hollandiya "Utrext"i ilə görüşüb.
Bu matç təmsilçimizin Avstriyada son oyunu olub. Bunadək 7 matçda qüvvəsini sınayan "qırmızı-qaralar" 8-ci qarşılaşmasına çıxıb.
Görüş təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu yeni transfer Kone vurub.
Qeyd edək ki, "Qəbələ" bunadək yerli "Fulpmes" (8:0), Rusiya "Axmat"ı (0:1), Avstriya "Vakker"ı (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və "Lüdoqorets" (0:2), Avstriya "Qrodiq"i (7:0) və Ukrayna "Dinamo"su (1:2) ilə qarşılaşıb.
Yoxlama oyunu
8 iyul
"Qəbələ" (Azərbaycan) - "Utrext" (Hollandiya) - 1:0
Qol: Kone, 64